!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Erməni baharı" və Rusiyanın koloniya siyasəti

!Reklam – Yazi

Ermənistanda siyasi gərginlik günbəgün artır. Hətta Serj Sarkisyanın istefası belə yoxsulluq içində yaşayan xalqı nə sakitləşdirdi, nə təsəlli etdi.

Yenicag.az xəbər verir ki, ən kasıb postsovet ölkələrindən biri olan Ermənistanda inqilab artıq yetişib. Rusiyalı ekspertlər də daxil olmaqla bir sıra analitiklər məhz bu fikirdədirlər. Son həftə ərzində ən pessimist proqnozları irəli sürən rusiyalı ekspertlər Ermənistanda yeni hakimiyyətin Qərb yolu seçəcəyi və regionda Kremlin geosiyası maraqlarını görməzdən gələcəyi halda bu ölkədə əsl böhran olacağını vəd edirlər.

Ölkədə gərgin vəziyyət fonunda ötən gün Rusiya prezidenti Putin Ermənistan prezidenti Sarkisyana zəng vuraraq mövcud şəraiti müzakirə edib. Danışığın detalları açıqlanmır, lakin böyük ehtimalla, güclü narahatlıq hissi Putini Sarkisyana zəng vurmağa məcbur edib. SSRİ-nin süqutundan sonra da Rusiyanın azad və müstəqil ölkə olmasına imkan vermədiyi Ermənistanda nə baş verdiyi Putin üçün önəmsiz deyil.

Ermənistanın “müstəqilliyi”

SSRİ-nin süqutundan sonra 15 ölkənin müstəqillik əldə etməsindən artıq əsrin dörddə birindən daha çox vaxt ötüb. O zaman zəif, ağır iqtisadi böhranla mübarizə aparan Rusiya həmişə ətrafında bufer zona təşkil edən keçmiş ittifaq ölkələrini əlində saxlamaq üçün tələm-tələsik plan hazırladı. Rusiyanın tilovuna ilk düşən ölkə isə Ermənistan oldu. Kremlin təsiri altında bu ölkə öz qonşusuna – Azərbaycana qarşı müharibə başlatdı. Yekun nəticədə məlum oldu ki, Qarabağ müharibəsi Rusiyanın maraqlarında idi, onun bəhrələrindən də Moskva yararlandı. Erməni və azərbaycanlılara təkcə dağıntılar, kədər, əzab və digər problemlər qaldı. Müharibə başa çatandan sonra Rusiya Ermənistanın qarşısında köhnə dəftərləri açdı və borcları hesablamağa başladı. Nəticədə isə məlum oldu ki, ermənilər ruslara bütün “Ermənistan”ı borcludurlar. SSRİ-nin süqutundan sonra Ermənistana qalan bütün əmlak mərhələli şəkildə Rusiya dövlət müəssisələri və şirkətləri tərəfindən mənimsənildi. Yekunda elektrik şəbəkələrindən dəmir yollarına qədər bütün iqtisadiyyat Rusiyanın balansına keçdi.

Rusiyanın təsirinin güclənməsi və respublikanın praktiki işğalı

1993-cü ildə atəşkəs elan olunduqdan sonra ermənilər Rusiyanın Azərbaycan üzərində qələbəsini qeyd etdi. Bu zaman saf-saf torpaqların işğalının özlərinə məxsus olduğunu düşünən ermənilər Rusiyanın ipiylə quyuya enməklə müstəqilliklərini əldə etmədən birdəfəlik itirdiklərinin fərqinə belə varmadılar. Ötən müddət ərzində Ermənistanın Rusiyaya olan borcları astronomik ölçüdə böyüdü. Bu məbləğ artıq elə bir həddə çatıb ki, Ermənistan öz resursları və gücü hesabına yaxın 50 ildə bu borcun altından çıxa bilməyəcək. Belə olan halda, Ermənistan de-fakto Rusiyanın ən çox köməyə ehtiyacı olan regionuna çevrilib.

Vətənpərvər qüvvələrin dirçəlişi

Azərbaycan  torpaqların işğalı 25 il ərzində ermənilərə problem və gərginlikdən başqa heç nə vermədi. Rusiyameyilli erməni faşistlərinin saxta vətənpərvərliyi xalqın sağlam düşüncəli fərdlərini bezdirdi. Nəticədə ölkədə Ermənistanın real problemləri barədə düşünülməyə başlandı. Güclənmiş miqrasiya, demoqrafiq problemlərin dərinləşməsi və milli iqtisadiyyatın böhranı ölkədə sağlam düşünənlərin də sonunu çatdıran amillərə çevrildi. Xalq Ermənistanın milli təhlükəsizliyini təhdid edən və son illər ərzində sadəcə artan real problemlərini görməyə başladı. Müstəqil araşdırma institutlarının hesabatlarında qeyd olunur ki, Ermənistanın regionları demək olar ki tamamilə məhv olub. Bir sıra qəsəbələrdə işgörmə qabiliyyəti olan əhali demək olar ki, yoxdur, ayrı-ayrı kəndlərdə isə əhali ümumiyyətlə yox səviyyəsindədir. Bəzən elə hallar olur ki, Ermənistanın hansısa kəndində yanlız ölən yaşlıları basdırmağa adam tapılmır. Bu məqsədlə Beynəlxalq Qırmız Xaç Cəmiyyəti yanlız insanların dəfninin təşkil edilməsi üçün Ermənistanın bir neçə şəhərində kömək xidməti açıb. Bu faciəvi mənzərənin fonunda ermənilər özlərini heç bir damla da “qalib” hesab etmirlər və öz talelərinin ağasına çevrilməyə çalışırlar. Bunun üçünsə onlar Rusiya imperiyası tərəfindən taxılan qul zəncirlərindən azad olmalıdırlar.

“Erməni baharı” və Rusiyanın narahatlığı

Rusiya Ermənistanın zəncirlərindən qurtulmaq istəməsindən çox narahatdır. Kreml hazırda “Erməni Maydanı”nın qarşısı almaq üzərində baş sındırır. Medvedevlə Putinin zənglərindən sonra bu gün səhər Rusiya Federasiyası və Ermənistan müxalifətin hakimiyyətlə konstruktiv dialoq aparmalı olduğuna dair bəyanat yayıb. Çağırış müxalifət liderlərinə ünvanlanıb. Xatırladaq ki, ötən gün aprelin 25-də Rusiyanın Ermənistandakı səfirliyində Milli Məclisin müxalif deputatları olan N.V.Paşinyan və A.S.Mirzoyan, eləcə də “Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi T.Avinyanla görüş keçirilib. Sual yaranır, Ermənistanın öz problemlərini necə həll edəcəyinin Rusiyaya nə dəxli var? Rusiyanın səfirliyi qeyri-hökumət təşkilatı yox, diplomatik missiyadır. Və bu səfirlik ölkədə baş verən daxili siyasi proseslərə müdaxilə etmək üçün heç bir haqq və səlahiyyətə malik deyil. Hazırki vəziyyətdə Rusiyanın Ermənistandakı səfirliyi özünü kaloniya idarəetməsi kimi aparır.

COP29

www.yenicag.az

1348
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv