!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Erməni diasporu güclü olsa da, ABŞ siyasətinə təsir göstərmək imkanında deyil” – Amerikalı ekspert

!Reklam – Yazi

“ABŞ prezidentlərinin ermənilərə yönəlik 24 aprel müraciətlərinin əsasını məhz Ronald Reyqan qoyub”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində “İnkişafa dəstək” Amerika-Azərbaycan Fondunun vitse-prezidenti, ABŞ-dakı erməni lobbisinin tədqiqatçısı Natella Axundova deyib.

Natella Axundovanın sözlərinə görə, ABŞ-ın ermənilərə dəstəyinin başlanğıcı Birinci Dünya Müharibəsi dönəminə təsadüf edir:

“Gəlin, dünyaya eynəyin çəhrayı şüşələri arxasından baxmayaq. Çoxları bunu etiraf etmək istəmir, lakin ABŞ həqiqətən də Birinci Dünya Müharibəsindən etibarən, ermənilərə stavka etməkdədir: Nəhəng protestant missiyalarının fəaliyyəti, Ermənistan-Türkiyə sərhədi üzrə Vudro Vilsonun arbitraj qərarı, Lozanna sülh müqaviləsinin təsdiqlənməsindən imtina, ermənilər üçün miqrasiya şərtlərinin yüngülləşdirilməsi, erməni əhalisinin dəstəyi ilə ABŞ prezidentinin yanında Yaxın Şərq Fondunun yaradılması və sair məsələlər də bunu təsdiqləyir.

Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq, Bob Dul və digərlərinin səyləri sayəsində ABŞ Konqresində güclü erməni lobbisi yaradılıb. Ronald Reyqanın seçki platformasının müəllifi isə onun müşaviri Corc Tokmacyan, proqram çıxışlarını hazırlayan qrupun rəhbəri isə Kennet Xaçikyan idi.

Daha sonra Reyqanın proqram çıxışlarının müəllifi və onun ən yaxın köməkçisi Aram Bakşyamn oldu. Məhz Reyqan əvvəlcə Kaliforniya qubernatorunun, daha sonra isə ABŞ prezidentlərinin ermənilərə yönəlik 24 aprel müraciətlərinin əsasını qoyub.

Hazırda da Konqresin Nümayəndələr Palatasında və Senatda güclü erməni lobbisi mövcuddur. Həmin lobbi Trampa müxalifətdə olsa da, bu, prezidentin xarici siyasət kursuna təsir göstərmir.

Belə demokratiya olarmı? Deyə bilərik ki, həmin anlayışın yaranıb təşəkkül tapdığı antik Afinada da demokratiya olmayıb. Əgər ABŞ-da ölkənin xarici siyasətinə təsir göstərə bilən bir diaspor varsa, o da yəhudi diasporudur. Ancaq yenə də həqiqətin gözünə düz baxaraq deməliyik ki, yəhudilər Amerika cəmiyyətinə tam inteqrasiya ediblər. Ona görə də diaspor anlayışını yəhudilərə şamil etmək düzgün olmazdı. Onlar ABŞ-ın siyasətində, iqtisadiyyatında, elmində və digər sahələrində ciddi mövqelərə malikdirlər. Onların əsas xüsusiyyəti İsrailin maraqlarının təmin olunması istiqamətində çalışmaqdır.

Mən sizə İsrail prezidenti Qolda Meyer ilə ABŞ prezidenti Henri Kissincerin (o da yəhudi idi) söhbətini xatırlatmaq istərdim. Təbii, Meyer İsrailin maraqlarının təmin olunması üçün Kissincerə ciddi təzyiq göstərirdi. Kissincer nəhayət bundan yorularaq, Meyerə belə demişdi: İlk növbədə, mən amerikalıyam, daha sonra dövlət katibi, ən sonda isə yəhudiyəm”. Meyer isə ona belə cavab vermişdi: “Doğrudur. Ancaq biz yəhudilər hər şeyi sağdan sola oxuyuruq”. Nəticədə Kissincer xanım Meyerin bütün tələblərini yerinə yetirdi.

Lakin ermənilərlə bağlı vəziyyət belə deyil. Ermənilər bu gün ABŞ-da imkanlı və güclü diaspora malik olsalar da, onların müasir Amerika siyasi isteblişmentinə təsir imkanları yoxdur.

İndiki vəziyyətdə Ermənistanın baş naziri Nikol Paşinyan diaspor naziri təyin etdiyi əlaltısı Mxitar Ayrapetyanla birlikdə iki palatalı parlament yaratmaq istəyir. Nəzərdə tutulan parlament palatalarından biri diaspor nümayəndələrindən ibarət formalaşdırılmalıdır. Məsələ barəsində təsəvvür yaransın deyə fikirləşin ki, soyad sonluğu “yan” olan ABŞ-ın istənilən vətəndaşı həmin palatanın üzvü ola bilər. Yaxşı, həmin parlamentarilər Ermənistanın, yoxsa başqa ölkələrin maraqlarını qoruyacaqlar?

Azərbaycan bu vəziyyətdə kifayət qədər təmkinlə davranmalıdır. Qədim Çin pritçasında deyildiyi kimi, “çay kənarında oturaraq, oradan düşmən cəsədlərinin axmasını” gözləməlidir. Bəli, Paşinyan hələ ki bizə, ruslara, hətta amerikanlara aydın olmayan bir oyun oynayır. Ona görə də biz çay kənarında oturaraq, Ermənistandan nələrin üzəcəyinə baxmalıyıq”.

Söhbətləşdi: Qafqaz Ömərov

www.yenicag.az

2404
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv