Erməni məmur helikopter qəzasında öldü - Rusiyada/VİDEO

media-hightechnic-468x90

Rusiya baş prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak Karapetyan “AS-350” helikopterinin qəzaya uğraması nəticəsində ölüb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerində daha 2 nəfərin cəsədi aşkarlanıb. Onlardan biri kəndin erməni sakini Arek Aratyunyan, digəri isə pilot Mixnovdur. İnsidentlə bağlı cinayət işi açılıb.

Rusiya Baş Prokurorluğu Saak Karapetyanın ölümünü təsdiqləyib.

Bildirilib ki, hava şəraitinin pis olması səbəbindən helikopter meşədə qəzaya düşüb.

Karapetyanın Baş Prokurorluğun beynəlxalq hüquqi münasibətlər bölümünü kurasiya etdiyi qeyd edilib.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600