Ermənilər atəşkəsi pozdu - Minaatanlarla susduruldu

media-hightechnic-468x90

Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Belə ki, Ermənistan tərəfinin iddiasının əksinə olaraq bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub”, – nazirlikdən bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600