“Ermənilərə çalışanları həbsdən buraxın”

media-hightechnic-468x90

sahib aliyev  manshet“Ermənilər dünən mitinq keçirirdilər. Onları ən çox narazı salan odur ki, ölkələri Avrasiya İqtisadi Birliyinə qoşulur, amma Dağlıq Qarabağsız. Bizimkilər (bizimkilərmi?) də bu gün mitinq keçirir. Əsas tələb düşmənlə sıx işbirliyində olan və Azərbaycan qanunvericiliyini pozan QHT-çilərin həbsdən buraxılmalarıdır”.

Bu sözlər millət vəkili, telejurnalist Sahib Alıyevə məxsusdur. O, “bilirsiniz, onlar bu haqda tapşırığı hardan və nə üçün alıblar?” deyə sual edir:

– Bu həftə Karnegi fondunun proqram direktoru Tomas de Vall “Amerikanın səsi”ndə Azərbaycana məsləhət verirdi ki, Rusiya və İranın əleyhinə çəkinmədən nə edir-etsin, onlardan heç bir təhlükə yoxdur. Əsas təhlükə sən demə ermənilərlə sıx iş birliyi quran və hələ bu azmış kimi, üstəlik bir çox saxtakarlıqlara da yol verən QHT təmsilçilərinin həbsdən buraxılmamaları və bir də Qarabağ məsələsində güzəştə getmək istəməməyimizdən doğur. Tomas de Vallın bu məsləhəti “Amerikanın səsi”ndə verməsi təsadüfi deyildi. Bu, təkcə onun deyil, həm də Amerikanın səsidir. Ən azından Obama Amerikasının. Beləliklə, qərbdəki bəlli çevrələr bizə deyirlər ki, ermənilərə çalışanları həbsdən buraxın və torpağınızı ələ keçirənlərə də güzəştə gedin. “Azərbaycan bundan çox qazanacaq, amma ola bilsin ki, bayrağı Xankəndində dalğalanmasın”. Bu, Tomas de Vallın sözləridir. Məkrə fikir verin, artıq bizi açıq mətnlə Qarabağı ermənilərə bağışlamağa səsləyirlər. Və 5-ci kolonun təmsilçiləri də bu gün onların istədikləri birinci məsələni reallaşdırmaq məqsədilə mitinq keçirirərək ermənilərlə iş birliyi quran saxtakarların həbsdən buraxılmalarını tələb edirlər. Əgər istəkləri baş tutsa, ikinci məsələnin reallaşdırlmasına baş vuracaqlar. Rəsmi Bakıdan tələb edəcəklər ki, qərbdəkilərin könlü xoş olsun deyə ermənilərə güzəştə gedilsin. Bir sözlə, İŞİD-dəkilər nə qədər islamçı sayıla bilərlərsə, bu gün mitinqdə ağzı köpüklənə-köpüklənə demoktariyadan və təmizlikdən dəm vuran milli şuradakılar da bir o qədər demokrat və təmiz və millidirlər. İŞİD atdığı addımlarda nə qədər sərbəstdirsə, onlar da mitiniq keçirmək fikrinə düşməkdə bir o qədər sərbəstdirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600