!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan DİNC DAYANMIR: “Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizini aça bilər”

!Reklam – Yazi

“Ermənistan ciddi təxribata yol verəcəyi təqdirdə, Azərbaycan Zəngəzur dəhlizini də güc yolu ilə aça bilər”.

Bu sözləri Ermənistan-Azərbaycan arasında gərginliyin olma ehtimalını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistanın silahlanması və təxribatları özünə bəla gətirə bilər:

“Ermənistan sülh müqaviləsi imzalamamaq üçün min cür bəhanə gətirir. Onlar dinc yaşamağa üstünlük vermədilər. Ona görə də havadarlarının da diktəsi ilə silahlandırıldılar. Azərbaycan Prezidenti də açıq şəkildə bəyan etdi ki, Ermənistanın silahlandırılması təhdid yaradır. Hətta o silahların geri qaytarılmasını da tələb etdi. Dünyada baş verən proseslərə nəzər salsaq, Ermənistanın təhdidi artacağı təqdirdə Azərbaycan o silahları məhv edə bilər”.

“Hazırda dünyada güc ön plana çıxıb. Ona görə də Azərbaycan tərəfi ordusunu gücləndirməyə davam etməlidir. Çünki bu region müharibədən sığortalanmayıb. Əgər müharibələrin miqyası genişlənəcəksə, bizim regionda da müharibənin olma ehtimalı yüksəkdir. Fikrimcə, Ermənistan da fərqindədir ki, onların dövlət kimi gələcəkləri sual altındadır. Ermənistan ciddi təxribata yol verəcəyi təqdirdə, Azərbaycan Zəngəzur dəhlizini də güc yolu ilə aça bilər. Bu Azərbaycanın hüququdur. Artıq beynəlxalq hüquq deyə bir anlayış qalmayıb. Hər şeyi həll edən gücdür”.

Səxavət Məmməd

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv