!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan parlamentinin xadimələri tətilə hazırlaşır

!Reklam – Yazi

Ermənistan parlamentinin 64 işçisi – xadiməsi aclıq aksiyası keçirməyə hazırlaşır.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bu barədə işçilər özləri məlumat veriblər.

Onlar bildiriblər ki, bu il martın 30-da xadimələrin əmək müqavilələrinin müddəti bitir. Ötən həftə parlament sədrinin iki müavini müsabiqə elan edildiyini və onun qalibinin başqa təşkilat olduğunu söyləyib. Müavinlər qeyd edib ki, hazırda parlamentin təmizliyi ilə məşğul olanların işdə qalıb-qalmaması isə qalib təşkilatdan asılıdır. Parlamentin Aparat rəhbərinin müavini isə xadimələri inandırmağa çalışıb ki, onların əməkhaqlarını 65 min dramdan (132,94 dollar) 104 drama (212,71 dollar) qaldıracaqlar.

Xadimələr bu təkliflərə inanmadıqlarını bildiriblər. Onlar heç bir təşkilatın tabeliyində işləmək istəmədiklərini, əvvəlki şəraitdə fəaliyyətlərini davam etdirmək istədiklərini vurğulayıblar. Təmizlik işçiləri bildiriblər ki, tələbləri yerinə yetirilməyəcəyi halda, tətilə başlayacaqlar: “Parlamentin binası, o cümlədən tualet bir gün yığışdırılmasa, mənzərə dəhşətli olar”.

COP29

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv