İrəvan de-yure KTMT-nin tamhüquqlu üzvü olaraq qalır, lakin hazırda Ermənistan rəhbərliyi faktiki olaraq bu əməkdaşlıqdan çıxmaq xətti ilə gedir ki, bu da erməni xalqının maraqlarına ziddir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə açıqlayıb.
“Biz ümid edirik ki, Ermənistanın və bütün regionun gələcək təhlükəsizliyinin maraqları naminə KTMT çərçivəsində Ermənistanla əməkdaşlığımız tam bərpa olunacaq”, – deyə diplomat qeyd edib.
Bununla bağlı Zaxarova rəsmi İrəvanın açıqlamalarına da diqqət çəkib: “Bu yaxınlarda KTMT-nin Ermənistan ərazisini tərk etdiyini elan etdilər, sonra elan etməyə başladılar ki, bu təşkilatın daxilində donub qaldılar… Mənə elə gəlir ki, sözlə oynamaq, belə desək, yaxşı heç nəyə gətirib çıxarmayacaq. Xüsusilə nəzərə alaq ki, region artıq bir çox sınaqlardan keçib”./unikal
www.yenicag.az