Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“Ermənistan ya tam mühasirəyə alınmalı, ya da...” – Erməni nazirə CAVAB

Reklam: Sinerji Pro

“İşğalçı ölkənin rəhbərliyi öz aqressiv davranışları ilə münaqişənin həllində başqa varianta əl yeri qoymur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın Azərbaycanın işğal altındakı Füzuli rayonuna səfəri zamanı “Bir santimetr də torpaq qaytarılmayacaq” bəyanatına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan erməni işğalı altında olan Füzuli rayonuna səfəri zamanı Dağlıq Qarabağın separatçı rejiminin rəhbərləri ilə görüşüb və Araz çayı boyunca əhalinin məskunlaşdırılması proqramının icrasını müzakirə edib.

Vanetsyan Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini boşaldacağı haqda xəbərləri təkzib edib: “Biz bir santimetr də torpaq qaytarmayacağıq”.

Ermənistan rəsmisinin bu fikirlərini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan işğalçı ölkəni sülhə məcbur etmək üçün diplomatik və hərbi müstəvidə aktivliyini artırmalıdır:

“Gördüyünüz kimi, Ermənistanın yeni hökuməti Qarabağ münaqişəsinin nizamlanmasına dair olduqca radikal mövqe nümayiş etdirir. Belə bir şəraitdə Azərbaycanın istər diplomatik, istərsə də hərbi müstəvidə fəallığını artırması lazımdır.

Hesab edirəm ki, Azərbaycan diplomatiyası BMT çərçivəsində qəti hərəkətə keçməli və Ermənistanın işğalçı ölkə kimi tanınaraq, ona qarşı beynəlxalq sanksiyaların qəbuluna nail olmalıdır.

Başqa sözlə desək, Azərbaycan Ermənistanı tam “diplomatik mühasirə”yə almalıdır. Zəruri sənədlərin qəbul edilməsi Ermənistan üzərində böyük təzyiq yaradacaq. İrəvan o şəraitdə də işğalçılıq siyasətindən əl çəkməsə, Azərbaycan BMT-nin Nizamnaməsi əsasında növbəti addımları atmalıdır.

Təbii ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə hüququnu özündə saxlayır. Yəni bu variant istənilən an gündəmə gələ bilər. İşğalçı ölkənin rəhbərliyi öz aqressiv davranışları ilə münaqişənin həllində başqa varianta əl yeri qoymur. Lakin yenə deyirəm, indiki halda ilk növbədə diplomatik müstəvidə fəallığın artırılması lazımdır”.

A.Zeynalov

www.yenicag.az

2756
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM