Reklam

Reklam

“Həmin səsvermə əvvəlki rəhbərliyin dövründə olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov deyib. O, Azərbaycan nümayəndə heyətinin 2016-cı ildə Polşada keçirilən səsvermə zamanı İsrailə yox Ermənistana səs verməsini  belə şərh edib:

“Bu hal bizdən asılı olan məsələ deyil. Həmin səsvermə əvvəlki rəhbərliyin dövründə olub. Məsələ ilə bağlı federasiya olaraq Avropa Qılıncoynatma Konfederasiyasına sorğu göndərmişik. Bu sorğuda Konfederasiyanın 2016-cı ildə Polşanın Torun şəhərində keçirilən konqresində səsvermənin nəticələrilə bağlı məlumatın göndərilməsi xahiş olunur. Biz bilmək istəyirik ki, həqiqətənmi, Azərbaycan orada iştirak edib və kiməsə səs verib. Dünən (bazar günü-red.) qeyri-iş günü olduğundan Avropa Qılıncoynatma Konfederasiyası ilə əlaqə saxlaya bilməmişik. Ona görə də məsələ ilə bağlı dünənə qədər nəsə etmək mümkün olmayıb. Yalnız bu gün səhərdən onlara sorğu göndərmişik. İndi də onların bizə göndərəcəyi cavabı gözləyirik”.

Qeyd edək ki, , qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyan bəzi məqamların üstünü açıb. O, çempionatın keçiriləcəyi yerin təyin edilməyi üçün səsvermə zamanı Azərbaycanın öz səsini namizədlər sırasından İsrailə deyil, Ermənistana verdiyini bildirib:

“Biz bu imkanı çətinliklə qazanmışıq. 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

ELÇİN

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1606
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."