Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılacaq

media-hightechnic-468x90

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə koronavirusa görə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadılacaq.

media-banner_tuq

Bu barədə Yenicag.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Fövqəladə vəziyyət rejimi müddətinin uzadılması ehtimalı var və bu ehtimal kifayət qədər yüksəkdir. Düşünürəm ki, fövqəladə vəziyyət uzadılacaq”, – baş nazir bildirib.

Son məlumatlara görə, ölkədə daha 350 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virusa yoluxanların sayı 13 675-ə yüksəlib.

Pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 217-yə çatıb. Hazırda Ermənistanda 8 943 aktiv koronavirus xəstəsi var.

Ermənistanda fövqəladə vəziyyət rejimi iyunun 13-ə qədər qüvvədədir.

Daha əvvəl bildirilib ki, Paşinyan özü də koronavirus infeksiyasından sağalıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05