Ermənistanda hökumətin istefası gündəmə gəldi
Ermənistan parlamentinin 4 müxalif fraksiyası – Daşnaksütun, Erməni Milli Konqresi, Çiçəklənən Ermənistan və İrs partiyaları martın 19-da keçirilən qapalı iclasda hökumətə etimadsızlıq məsələsində razılıq əldə ediblər.Çiçəklənən Ermənistan fraksiyasının rəhbəri Levon Zurabyan bildirib ki, qarşıda imza toplanışının təşkili və parlamentin aprelin 28-də keçiriləcək iclasında hökumətə etimadsızlığın ifadə olunması ilə bağlı layihənin təqdim olunması məsələləri durur: “Proses bir az uzandı, amma belə qərarın qəbul olunması üçün məqamın yetişməsini gözləmək lazım gəldi”(media forum).












