Ermənistanda parlamentin sessiyasını boykot etdilər

media-hightechnic-468x90

img1752486“Çiçəklənən Ermənistan” partiyasının parlamentdəki fraksiyası parlamentin növbəti 4 günlük sesiyasını baykot etmək qərarına gəlib.

Fraksiyanın nümayəndələri parlamenti tərk etməzdən əvvəl onların lideri Naira Zohrabian bildirib ki, fraksiya ölkə daxilindəki görünməmiş siyasi vəziyyətə görə belə bir addım atır.

Fraksiya yaxın günlərdə ictimaiyyətə geniş açıqlama, tərəfdaşlarına öz mövqei və növbəti addımlar barədə məlumat vermək fikrindədir.

Ermənistan prezidenti Serzh Sarkisian bu günlərdə bəyan edib ki, bu partiyanın lideri Garik Tsarukian siyasətdən getməlidir.

Partiyanın bir neçə üzvü son günlər qanunsuz silah saxlama ittihamı saxlanıblar.

Partiya fevralın 20-də prezident Sarkisianın istehfası tələbi ilə aksiya keçirməyi planlaşdırırdı.

Amma Tsarukian bütün mübahisəli məsələləri dinc və siyasi yolla həll etməyə hazır olduğunu bildirdikdən sonra mitinq təxirə salındı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600