Ermənistandan Mingəçevirə atılan ballistik hədəfin qalıqları - FOTOLAR
Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan ballistik hədəfin qalıqlarının fotogörüntüləri yayılıb.
Yenicag.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, dünən Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9К72 “Elbrus” əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilməsi barədə məlumat verilib.
Həmin raketin vurulmasından sonra yerə dağılan qalıqlarını əks etdirən fotoları təqdim edirik.