Ermənistanın baş naziri və XİN rəhbəri istefa verir

media-hightechnic-468x90

9440610e8725f366328b1592cd549aa2Ermənistanın baş naziri Ovik Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.

Bu barədə İnterfax-a hökümət dairələrindəki mənbə məlumat verib.

Məlumatda bildirilir: “Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Ovik Abramyanın istefası barədə sabah elan ediləcək. Yeni baş nazir İrəvanın sabiq meri Karen Karapetyandır”.

Mənbənin bildirdiyinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da istefası gözlənilir.

“Çox güman ki, bu vəzifəyə Ermənistanın Prezident Aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək”, – deyə adı açıqlanmayan şəxs KİV-ə bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa