Ermənistanın müdafiə naziri istefa verməyəcəyini bildirdi

media-hightechnic-468x90

Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verməyə hazırlaşmadığını bildirdi

Yenicag.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.

“Mən istefa verməyə hazırlaşmıram”, – o qeyd edib.

Papikyan əlavə edib ki, o, orduda başlanmış islahatları başa çatdırmaq niyyətindədir.

Qeyd edək ki, bir müddət əvvəl Suren Papikyanın istefa verəcəyinə dair məlumatlar yayılıb. Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunduğu deyilirdi.

Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib./Apa/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa