Ermənistanın müdafiə naziri: "Şeytanla da əməkdaşlığa hazırıq”

media-hightechnic-468x90

“Biz şeytanla da əməkdaşlığa hazırıq”.

Yenicag.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.

S.Papikyan, həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.

Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa