Ermənistanın “sülh” RİTORİKASI: Gerçək islahat, yoxsa beynəlxalq auditoriyaya OYUN?

media-hightechnic-468x90

“Cənubi Qafqazda sabitlik istəyən beynəlxalq güclər sülhdə maraqlıdır”.

Bunu Yenicag.az-a açıqlamasından siyasi şərhçi Rəfail Becanov deyib.

media-refailbecanov1

O, İsrail-İran münaqişəsi fonunda Ermənistanla Azərbaycan arasında sülh prosesinin canlanması ilə bağlı fikirlərini səsləndirib.

Siyasi şərhçi bildirib ki, İran-İsrail münaqişəsinin regionda yaratdığı bir çox neoreallıqlar var:

“Təbii ki, Ermənistan bu proseslərdən narahatdır. Regionda əsas müttəfiqi hesab etdiyi İran böyük bir müharibə ilə üz-üzədir. Bu müharibənin yekunlarını hələ birmənalı proqnozlaşdırmaq olmur. Bu narahatlıqdan dolayı da Ermənistanda müxtəlif siyasi konyunkturaya xidmət edən addımlar müşahidə edilir. Danışıqlar, bəyanatlar, müzakirələr fonunda varlıqlarını sığortalamaqla məşğuldurlar. Son illər arxa çevirdiyi, əslində isə hər zaman əsas himayədarlarından biri olan Rusiya ilə zəifləmiş münasibətlərinə tarazlıq gətirməyə çalışırlar. Bir neçə gün əvvəl Ermənistandakı Rusiya qoşunları ilə bağlı məsələyə münasibət bildirən Paşinyan hərbiçilərin ölkəsində qalacağını bildirib. Bu razılığın səbəbi mövcud reallıqla bağlıdır”.

R. Becanovun fikrincə, Paşinyanın Türkiyəyə səfərinin də arxasında dayanan alt məqsədlərdən biri də budur:

“Azərbaycanla sülh müqaviləsi ilə bağlı fəallaşma və sözdən irəli getməyən bəyanatların arxasında da bir neçə amil var. Bunlardan biri dünyada özünə sülhpərvər imici yaratmaq, digəri daxili təzyiqlərdən qorunmaq üçün ictimai dəstək axtarışı və gələcək seçkilərə hesablanmış elektorat bazasını hesablanıb. Sülhdən tez-tez danışmaqla Paşinyan özünə həm xaricdə, həm daxildə imic formalaşdırır. Təbii ki, Cənubi Qafqazda sabitlik istəyən beynəlxalq güclər sülhdə maraqlıdır. Paşinyana onların yanında özünün əvəzedilməz obrazını yaradır. O cümlədən sıravi adamlar üçün də sülh sözü həmişə  cəlbedicidir. Paşinyan da döyüş yox, sülh gətirmək istəyən obrazı ilə onları növbəti seçkilər üçün də “ovlamaq” istəyir”.

Onun sözlərinə görə, reallıq odur ki, hazırda revanşistlər və kilsə birləşərək, Paşinyanı sıxışdırır:

“Burada Rusiyanın da təsiri var və açıq-aşkar onlara dəstək verirlər. Lakin Ermənistanda sülh söz kimi mövcuddur, əməllər buna adekvat deyil. Ermənistan sülh müqaviləsi ilə bağlı hansı şərtlərə əməl etdi ki, müqavilə də imzalansın? Zəngəzur dəhlizi ilə bağlı məsələ açıq qalır. Konstitusiya dəyişikliyi müzakirə edilmir, Azərbaycanla sərhəddə yerləşdirilmiş Qərbin çuğul dəstəsi bölgədən çıxarılmayıb”.

“Ona görə də Ermənistan bu şərtlərə əməl etməyəcəyi təqdirdə sülh müqaviləsinin olacağı gözlənilən deyil. Ermənistan tərəfi sülhü manipulyasiya etməklə, beynəlxalq qorunma immuniteti yaratmağa və imicə oynayır. Sülh istəyən dövlət və ya onun rəhbəri ən azı şərtləri  rəsmi formada ictimai müzakirəyə çıxarardı. Bütün bunların heç birini etməyən şəxsin və dövlətin sülh müqaviləsi ilə bağlı bütün dedikləri sözçülükdür”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600