!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın “tük”dən asılan GƏLƏCƏYİ: “Kreml onun bu addımlarını heç vaxt bağışlamayacaq”

!Reklam – Yazi

“Azərbaycan hansı yolla olur-olsun, işğal altındakı kəndləri azad edəcək”.

Bu fikirləri İrəvanın Kremlə qarşı yürütdüyü siyasəti dərinləşdirməsinə cavab olaraq Rusiyanın Ermənistana yönəlik mümkün tədbirlərini şərh edən politoloq Cümşüd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaza köçürülməkdə və dövlət qurmaqda erməniləri dəstəkləyən Rusiyaya qarşı Ermənistanın bu addımlarını Kreml birmənalı olaraq bağışlamayacaq:

“Ermənistanı Ukraynanın olmasa da, ən azı Gürcüstanın taleyi gözləyir. Hazırda Ermənistanın gələcəyi tükdən asılı vəziyyətdədir. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyi aprelin 5-də Brüsseldə keçiriləcək və Ermənistanında iştirak edəcəyi görüşdən sonra bilinəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətləri sabit saxlamaq istəyir. Bu səbəbdən, Bakının tələblərini yerinə yetirməyi daha məqbul sayır. Çünki Azərbaycan hansı yolla olur-olsun, işğal altındakı kəndləri azad edəcək.

Hərbi əməliyyatlar isə ən son variantdır. Nəticə olaraq, müharibədən çıxmışıq və “Böyük Qayıdış” prosesini həyata keçiririk. Ancaq yenə də müharibə ehtimalı varsa, bu, Paşinyan hakimiyyətinin sonu deməkdir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

313
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv