Əsrlərin mirası, bu günün missiyası: Mehriban Əliyeva tarixdən gələn əmanəti dövlətin gücünə çevirib

media-hightechnic-468x90

Azərbaycan tarixində qadının dövlət həyatındakı rolu əsrlərin sınağından çıxmış, millətin taleyi ilə yoğrulmuş bir həqiqətdir. Bu torpaqlarda qadın heç vaxt sadəcə ailənin qoruyucusu kimi qəbul edilməyib, o, dövlətin ən çətin anlarında rəhbərin ən yaxın silahdaşı, ən etibarlı sirdaşı, məsuliyyətin ən ağır yükünü onunla çiyin-çiyinə daşıyan müqəddəs ortağı kimi tarix səhnəsinə çıxıb.

media-banner_tkm

Savaş meydanlarında qılınclar çarpışarkən, sarayların taleyi həll olunarkən, dövlətin sabahı təhlükə altına düşərkən geri çəkilməyən, sarsılmayan, iradəsini itirməyən bir qüvvə olub – Azərbaycan qadını. O, səssiz, amma həlledici qərarların arxasında dayanan ağıl, xalqın ümidini qoruyan səbir, dövlətin dayağını möhkəmləndirən iradə kimi tariximizin ən məsuliyyətli məqamlarında öz sözünü deyib.

Bu, bir neçə adın və ya ayrı-ayrı hadisələrin hekayəsi deyil, bu, bütöv bir dövlətçilik ənənəsinin təzahürüdür. Bu, təsadüfi bir hal yox, əsrlərdən gələn idarəçilik məktəbi, əmanətin nəsildən nəslə ötürülməsidir.media-whatsapp-image-2026-04-05-at-15-50-36-1

Bu gün Mehriban Əliyevaın dövlət içindəki yeri və nüfuzu bəzi cahillər üçün yeni və izah olunması çətin görünə bilər, amma tarixə baxanda aydın olur ki, qadının dövlət içində rəhbərin ən yaxın silahdaşı olması Azərbaycanda yeni hadisə deyil. Bu, Tomrisdən, Sara Xatundan, xan xanımlarından gələn bir əmanətin davamıdır. Bu, bir irsdir. Bu gün Azərbaycanda Mehriban Əliyevanın şəxsində güclü qadın lider varsa, bu, qədim Azərbaycan dövlətçiliyinin yaddaşının, ənənəsinin və gücünün bu gün də yaşadığının sübutudur.

Öncə tariximizə bir nəzər salaq…

Sara Xatun – diplomatiyanı dövlət qalxanına çevirən siyasi ağıl

Sara Xatun dövlətin təhlükəsizliyini qılıncla deyil, diplomatiya ilə qoruyan lider modelinin simvolu idi. Oğlu müharibədə olarkən dövlətin beynəlxalq əlaqələrini idarə edib münaqişələrin qarşısını aldı.

Elə Eldənizlər dövlətinin Mehrican Xatunu ilə Şirvanşahlar sarayının “dəmir ledisi” Pəricahan Bikəsi  də Azərbaycanın qadın liderləri tarixinə öz adlarını qızıl hərflərlə yazdırdılar. Sarayın sahibləri səfərə çıxarkən gözləri arxada qalmadı. Çünki onların yerinə sarayı qoruyan xatunları olduqlarını bilirdilər…

Tuti Bikə və Gövhər Ağa – nüfuz və sosial məsuliyyətin dövlətə çevrildiyi məqam

Tuti Bikə Qarabağ xanlığının saray daxilində nüfuzun dövlət sabitliyinə necə çevrildiyini göstərdi. Onun sözü və mövqeyi daxili çəkişmələrin qarşısını alan faktor oldu.

Gövhər Ağa isə sosial və dini layihələrlə cəmiyyətin dayağını möhkəmləndirdi. O göstərdi ki, dövlət yalnız hakimiyyət strukturu deyil, sosial məsuliyyət sistemidir.

Xurşidbanu Natəvan və Ağabəyim Ağa – sosial və mədəni liderliyin dövlətə çevrildiyi mərhələ

Xurşidbanu Natəvan sosial layihələrlə xalqın rifahını dövlət siyasətinin bir hissəsinə çevirdi. Şuşaya su xəttinin çəkilməsi sadəcə xeyriyyəçilik deyil, idarəçilik məsuliyyəti idi.

Ağabəyim Ağa mədəni layihələrlə dövlətin ideoloji və mənəvi dayağını gücləndirdi. Onun fəaliyyəti göstərdi ki, mədəniyyət də dövlət siyasətinin bir alətidir.

Mehriban Əliyevanın strateji və sistemli xarakter daşıyan missiyası

Bu gün həmin tarixi xəttin müasir mərhələsi Mehriban Əliyevanın fəaliyyəti ilə davam edir. Onun dövlət içindəki rolu formal vəzifə ilə məhdudlaşmır. Bu rol strateji və sistemli xarakter daşıyır.

Mehriban Əliyevanın fəaliyyəti bir neçə istiqamətdə dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib.media-whatsapp-image-2026-04-05-at-15-50-36

Birincisi, humanitar siyasət sahəsində. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr yalnız sosial yardım proqramları deyil, dövlətin sosial dayağının möhkəmləndirilməsi modelidir. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, xəstə uşaqların müalicəsi, regionlarda sosial infrastrukturun qurulması kimi layihələr dövlətin insan amilinə əsaslanan siyasətinin praktik nümunəsidir.

İkincisi, mədəni diplomatiya sahəsində. Beynəlxalq platformalarda Azərbaycanın mədəni irsinin tanıdılması, tarixi abidələrin bərpası və milli kimliyin qorunması istiqamətində fəaliyyət onun dövlətin ideoloji və mədəni təhlükəsizliyində oynadığı rolu göstərir. Bu fəaliyyət nəticəsində Azərbaycan mədəniyyəti beynəlxalq səviyyədə tanınan və qorunan dəyərlər sisteminə çevrilib.

Üçüncüsü, sosial modernləşmə sahəsində. Təhsil, səhiyyə və sosial müdafiə sahələrində həyata keçirilən proqramlar cəmiyyətin inkişaf modelini formalaşdıran amillərdən biri olub. Bu proqramlar təkcə yardım deyil, uzunmüddətli sosial sabitlik strategiyasıdır.

Dördüncüsü, dövlət içində koordinasiya və sabitlik funksiyası. Mehriban Əliyeva dövlət idarəçiliyində sosial blokun koordinasiyasında mühüm rol oynayan fiqur kimi çıxış edir. Bu rol siyasi qərarların sosial nəticələrini balanslaşdıran mexanizm kimi qiymətləndirilir.

Beşincisi, rəqəmsal inkişaf və texnoloji transformasiya sahəsində. Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının sədri təyin olunması qadın liderliyinin müasir mərhələdə yeni strateji məzmun qazandığını göstərir. Bu addım yalnız idarəetmə qərarı deyil, dövlətin gələcəyini müəyyən edən rəqəmsallaşma, innovasiya və texnoloji modernləşmə proseslərinin ən yüksək səviyyədə koordinasiya olunmasına verilən siyasi önəmin ifadəsidir. Rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət xidmətlərinin elektronlaşması və yeni texnologiyaların cəmiyyətə inteqrasiyası kimi istiqamətlərin qadın lider tərəfindən yönləndirilməsi Azərbaycanın qadın liderliyi ənənəsinin artıq sosial və humanitar sahələrlə yanaşı, dövlətin strateji inkişaf kursunun mərkəzinə çevrildiyini göstərən mühüm mərhələ kimi qiymətləndirilir.

Bu səbəbdən onun fəaliyyəti yalnız xeyriyyəçilik və ya sosial təşəbbüs kimi yox, dövlət idarəçiliyinin bir komponenti kimi qəbul olunur.

İrs davam edir, əmanət etibarlı əllərdədir

Qısacası, Azərbaycan tarixində qadın liderliyi bir günün, bir dönəmin məhsulu deyil.
Bu yol Tomrisin qanı ilə qorunan torpaqdan başlayıb, Sara Xatunun ağlı ilə saxlanılan dövlətlə davam edib, Natəvan və Gövhər Ağanın xalq üçün qurduğu həyatla mənəvi dayağa çevrilib və bu gün Mehriban Əliyevanın missiyası ilə dövlətin ayrılmaz sütunu kimi yaşayır. Bu, təsadüfi yüksəliş deyil. Bu, əsrlərdən gələn idarəçilik ənənəsinin davamıdır.

Tarix göstərir ki, Azərbaycanın güclü olduğu hər dövrdə dövlətin ən möhkəm dayaqlarından biri məhz qadın liderliyi olub. Bu, təsadüfi seçim deyil, dövlətçilik qanunudur. Bu ənənə kimlərinsə istəyindən, narazılığından və ya qısqanclığından asılı olmayaraq, davam edəcək. Çünki bu irs artıq tarixə yox, dövlətin taleyinə yazılıb.

Aqil Ələsgər

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05