Estrada ulduzları Heydər Əliyev Mərkəzinin parkında - Konsert davam edir

media-hightechnic-468x90

Bu gün Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert keçirilir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs ansamblı çıxış edirlər.

Eləcə də konsertin xüsusi qonaq müğənniləri var. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları kimi öz məşhur kompozisiyalarını səsləndirirlər.

19:00-da başlayan konsertə giriş sərbəstdir. Hazırda təxminən 20 min tamaşaçı bu konserti izləyir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600