!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ət yenə də BAHALAŞDI – Yeni qiymətlər QƏDƏRDİR?

!Reklam – Yazi

Son günlər Bakı və Abşeronda mal ətinin qiymətində müşahidə olunan artım vətəndaşların narahatlığına səbəb olub. Hazırda paytaxt bazarlarında sümüksüz dana əti istehlakçılara 18-20 manat arasında təklif edilsə də, bir müddət əvvəl bu qiymət 13,5-14 manat arasında idi.

Bəzi məlumatlara görə, ötən ilin yanvar-sentyabr aylarında xırdabuynuzlu heyvanların sayı təxminən 7 milyon başdan bir az çox olub. Lakin bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi damazlıq genofondunun azalmasına və nəticədə ət istehsalının azalmısına səbəb olub.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, ətin bahalaşmasının əsas səbəbi ölkədə ət istehsalının davamlı olaraq azalmasıdır.

İqtisadçı qeyd edib ki, bu azalma daha çox otlaq sahələrinin zəbt edilməsi ilə əlaqədardır.

“Son 25 ildə, xüsusən 2000-ci ildən bəri bələdiyyələr öz otlaq sahələrini müxtəlif təyinatlı sahələrə satmağa başladılar. 2015-ci ildən isə dövlətin yaratdığı aqroparklar bu torpaqları istifadə edərək həmin ərazilərdə bitkiçiliklə məşğul oldular. Nəticədə, heyvandarlıq üçün vacib olan otlaq sahələri məhdudlaşdı”, – deyə A. Nəsirli vurğulayıb.

Müsahibimiz qeyd edib ki, son 10 ildə mal ətinin qiyməti 6 manatdan 16 manata, xırdabuynuzlu heyvanların qiyməti isə 7-8 manatdan 20 manata yüksəlib. Bu da qiymətlərin təqribən üç dəfə artması deməkdir.

Ekspert bu problemin aradan qaldırılması üçün işğaldan azad olunan ərazilərdə heyvandarlığın inkişaf etdirilməsini təklif edib.

“İşğaldan azad olunmuş ərazilər həm torpaq münbitliyi, həm də relyef şəraiti baxımından çox yüksəkdir. Buna görə də həmin ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi daha məqsədəuyğundur. Həmin ərazilər daha tez minadan təmizlənə bilsə, bu ərazilərdə heyvandarlığı inkişaf etdirmək mümkündür”.

Nəzrin Bünyatova

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv