ABŞ-ın Kaliforniya ştatında yaşayan cütlük 13 övladını evdə əsir saxlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisə 17 yaşlı qızın evdən qaçması ilə üzə çıxıb. Mobil telefon tapan qız aidiyyati qurumlara zəng edərək valideynlərini şikayət edib. O, 12 bacı-qardaşı ilə birlikdə bir otaqda əsir saxlanıldıqlarını deyib. İşgəncəyə məruz qalan 17 yaşlı qızın 10 yaşlı uşaq kimi zəif olduğu bildirilib.
Qızın şikayətini qeydə alan polis evə basqın təşkil edərək uşaqları xilas edib. Məlum olub ki, ata-ana uşaqlarının bəzilərini çarpayıya bağlayıb və çölə çıxmaması üçün qapıları kilidləyib.
Qonuşların verdiyi məlumata görə isə, 57 yaşlı David Allen Turpin və 49 yaşlı xanımı Luis Anra Turpinin 2-29 yaş aralığında 13 övladı olub. Onlar heç vaxt ailəvi şəkildə çölə çıxmayıblar. Sadəcə ər-arvad vaxtaşırı bazarlıq üçün marketə gedib.
Valideynlər barəsində cinayət işi açılıb. Faktla bağlı araşdırma davam edir.
www.yenicag.az