Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Evdən uzaq, amma..." - "Qarabağ" - "Çelsi" matçında açılacaq xoreoqrafiya - EKSKLÜZİV

Reklam: Sinerji Pro

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında nəhəng xoreoqrafiya açılacaq.

Yenicag.az xəbər verir ki, bu təşəbbüslə Ağdam klubunun rəhbərliyi çıxış edib.

Hazırda xoreoqrafiyanın tamamlanması üçün işlər davam etdirilir. Artıq bizə xoreoqrafiyanın bütün detalları bəlli olub.

Əldə etdiyimiz məlumata görə, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada açılacaq xoreoqrafiyada böyük Qarabağ və Azərbaycan sözləri yazılacaq. Bundan başqa klub rəhbərliyi ingiliscə mesaj verməyi planlaşdırıb. Belə ki, xoreoqrafiyada “Far away from home but where you belong” sözləri yazılacaq. Yəni, “Evdən uzaq, amma aid olduğun yer”…  Bu cümlə ilə də dünyaya Ağdamın işğal altına olması, bu səbəbdən  “Qarabağ”ın doğma yurdundan didərgin düşməsi mesajı veriləcək.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək qarşılaşmada xoreoqrafiya mərkəzi tribunada nümayiş olunacaq ki, bu da 20 min azarkeşi əhatə edəcək.

Emin Səfərov

www.yenicag.az

6331
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM