Əziz Sancar Azərbaycana gələcək

media-hightechnic-468x90

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycana gələcək.

Yenicag.az xəbər verir ki, bu barədə akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, AMEA-nın Fəxri üzvü diplomunun və vəsiqəsinin təqdim olunması və onun Azərbaycan Respublikasının elmi ictimaiyyəti ilə geniş müzakirələrini təşkil etmək məqsədi ilə akademik İsa Həbibbəyli tərəfindən Əziz Sancara Azərbaycan Milli Elmlər Akademiyasına səfərlə bağlı müraciət ünvanlanıb və müraciət Nobel mükafatı laureatı tərəfindən məmnuniyyətlə qəbul edilib.

İclasda AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı Əziz Sancarın 30 may – 6 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasına səfərinin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa