“Facebook”-dan daha bir yenilik

media-hightechnic-468x90

faceboookesasFacebook sosial şəbəkəsi istifadəçi profilinin idarəsində bir sıra yenilikləri elan edib. Onların arasında fotoqrafiya əvəzinə, profilə həmçinin qısa videonun da yerləşdirmə imkanı daxildir.

Bu barədə Facebook-un rəsmi bloqunda deyilir.

Bundan başqa, profil şəklinin məsələn, hansısa bir əlamətdar hadisəyə dair fotoların müəyyən müddət üçün yerləşdirilməsi funksiyası da meydana gələcək.

Profil şəkli mərkəzdə olacaq. Bununla yanaşı, bir sətirlik təhsil və ya iş yeri haqqında məlumatı yerləşdirmək imkanı da olacaq.

Sentyabrın ortasında Facebook təsisçisi Mark Tsukerberq yeni funksiyanın – “dislike” (bəyənmirəm) tətbiq edilməsini vəd edib.

media-ziraat-728x90

“Facebook”-dan daha bir yenilik

media-hightechnic-468x90

pic_7befb909df4b7ec20a65b8bff442c883“Facebook” sosial şəbəkəsi möhtəşəm yenilik edib.

Məlumata əsasən artıq sosial şəbəkə istifadəçiləri istifadəçi profilləri, qruplar və tədbirlərdə olan şərh yerlərinə emosiyaları ifadə edən stikerlər yerləşdirə bilərlər. Bununla bağlı müvafiq işarə şərh bölməsində yerləşdirilib.

İndiyə qədər istifadəçilər emosiyaları bildirən stikerlərdən şəxsi yazışmalar və “Messenger” proqramından istifadə edərkən yararlana bilərdilər. Qeyd edək ki, “Facebook”- da stikerlərdən ötən ildən etibarən aktiv edilib.

Ekspertlərin fikrincə bununla da “Facebook” “Like” düyməsinin çatışmazlığını aradan qaldırmaq istəyir. Sosial şəbəkə istifadəçiləri dəfələrlə bu düymənin pis xəbərlərə reaksiya zamanı işə yaramadığını və yanlış təəssürat oyatdığını vurğulayırdılar.

Xatırladaq ki, mətn və stikerlərlə yanaşı “Facebook” istifadəçiləri şərhlərə öz şəkillərini də əlavə edə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600