Facebook Messengerdə “çevriliş” etdi – Super xəbər

media-hightechnic-468x90

facebookİndidən sonra Facebook hesabı olmayanlar da Messengerdən istifadə edə biləcəklər.

Yenicag.az ATV.az-a istinadən bildirir ki, hətta e-mail ünvanına belə ehtiyac olmayacaq. Prosesə başlamaq üçün sadəcə ad, soyad, telefon nömrəsi və şəkil lazım olacaq. Facebook Messengerin yeni xüsusiyyəti ilə daha çox insan Messengerdə ​​təqdim edilən videolar, şəkillər, qrup söhbətləri, səsli və görüntülü danışıqlardan istifadə edə biləcək.

Messengerin 700 milyon istifadəçisi var və bundan sonra Messengerdən uzaq qalanlar da yeni təcrübədən faydalana bilərlər. Yeni xüsusiyyət ilk əvvəl ABŞ, Kanada, Peru və Venesuelada fəaliyyətə başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600