!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Facebook”dan QADAĞA - Polisə şifrələnmiş məlumatlardan istifadəyə icazə vermədi

!Reklam – Yazi

“Facebook” sosial şəbəkəsi hüquq-mühafizə orqanlarına “WhatsApp” və “Facebook Messenger” istifadəçilərinin yazışmalarına çıxış üçün imkan yaratmaqdan imtina edib. Bu barədə qeyd edilən servislərin rəhbərləri tərəfindən ABŞ Baş prokuroruna, ABŞ Daxili İşlər Nazirliyinin rəhbərinə, eləcə də Böyük Britaniya və Avstraliya Daxili İşlər nazirlərinə ünvanlanan məktubda deyilir.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, müraciətdə “Facebook” şirkətinə məxsus məlumatların şifrlənməsinin istifadə olunduğu iki messencerin rəhbərləri qeyd edib ki, mobil əlavələrdə xüsusi xidmət orqanları üçün xüsusi bekdorların (boşluqlar) yaradılması onların cinayətkarlar və ya digər ölkələrin hökumətləri tərəfindən istifadə olunması ilə nəticələnə bilər. “Bununla əlaqədar şirkət öz məhsullarına oktyabrda ABŞ Baş prokuroru Uilyam Barrın bekdorların tətbiqi ilə bağlı etdiyi xahişə hazır deyil”, – məktubda vurğulanır.

“İstifadəçilərin məlumatları etibarsız qorunacaq, bundan isə təhlükəsizlikdə zəif yer axtaranlar faydalanacaq. Biz bunu etməyə hazır deyilik”, – məktubda qeyd olunur.

Bir müddət əvvəl “Facebook” rəhbəri Mark Sukerberq “Facebook Messenger”, “WhatsApp” və “Instagram” infrastrukturunu birləşdirərək ona məlumatların şifrlənməsinin tətbiq ediləcəyini bildirib. Bu plan ABŞ Ədliyyə Nazirliyinin narahatlığına səbəb olub: oktyabrda nazirlik nümayəndələri bəyan edib ki, bu plan cinayətkar və pedofillərin xeyrinə işləyəcək və cinayətlərin təhqiqatını çətinləşdirəcək.

“Facebook” nümayəndələrinin məktubu dekabrın 10-da ABŞ Senatında məlumatların şifrlənməsi problemlərinə həsr edilən dinləmələr ərəfəsində göndərilib. Dinləmələrdə “Facebook” şirkətinin məxfilik üzrə direktoru Cey Salivan qeyd edib ki, sosial şəbəkə ABŞ şirkətlərinin məlumatların təhlükəsiz və şifrlənmiş mübadiləsi sahəsində liderliyinə böyük əhəmiyyət verir. Çünki əks halda, bu sahədə xarici şirkətlər liderlik edəcək. Belə liderliyə nail olunacağı təqdirdə bu şirkətlər ABŞ-ın hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina edəcəklər.

COP29

www.yenicag.az

1178
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv