“Fənərbağça” “Trabzonspor”a qalib gəldi

media-hightechnic-468x90

Türkiyə Super Liqasında XXXIV tura mərkəzi oyunla yekun vurulub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” “Trabzonspor”u qəbul edib. “Ülker” stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:1.

Hesabı 11-ci dəqiqədə İstanbul klubundan Mişi Batşuayi açıb. 58-ci dəqiqədə Luan Peres “Fənərbağça”nın üstünlüyünü 2 topa çatdırıb. 71-ci dəqiqədə Enner Valensiya 3-cü topu qonaqların qapısından keçirib. 79-cu dəqiqədə Qara dəniz təmsilçisi Trezegenin penaltidən vurduğu qolla fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Bu qələbədən sonra xallarını 71-ə çatdıran “Fənərbağça” 2-ci pillədəki mövqeyini möhkəmlədib. Hazırda komandanı lider “Qalatasaray”dan 5 xal ayırır. 48 xalı olan “Trabzonspor” isə 8-ci sırada qərarlaşıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05