Fətullah Gülən mitinq səslərin eşitməsin deyə görün nə etdilər – Fotolar

media-hightechnic-468x90

fethullah-gulen-yenikapi-mitingi-ni-duymasin-8681386_5147_m (1)Yenicag.az xəbər verir ki, ABŞ-da yaşayan türklər, Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin yaşadığı Pensilvaniyada qurulan nəhəng ekrandan, “Demokratiya və Şəhidlər Mitinqi”ni izləyib Türkiyəyə dəstək veriblər.

FETÖ üzvlərinin, mitinqdə çıxış edən insanların səsini boğmaq üçün ətrafdakı evlərin həyətlərində qazon biçmə maşınlarını işə salıblar. Lakin, aparatların səsi mitinqin səsini bastıra bilməyib.

ABŞ-ın müxtəlif əyalətlərindən gələn türklər, mitinqə  dəstək vermək məqsədiylə Gülənin Pocono dağı ətəyindəki kompleksinin qarşısında toplanıblar. Türk vətəndaşlar, əllərində türk bayraqları və pankartlarla FETÖyə qarşı şüarlar səsləndiriblər.

FETÖ üzvləri həmçinin, mitinqə gələn türklər avtomobillərini park edə bilməsinlər deyə bütün park sahələrinin qarşısına lent çəkiblər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa