Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılır - Nazirliyə təqdimat göndərildi

FETÖ lideri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması üçün prosedurlara başlanıldı.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ terror şəbəkəsinin lideri Fətullah Gülənin vətəndaşlıqdan çıxarılması üçün Adana 11-ci Ağır Cəza Məhkəməsində keçid qərarı qəbul edilib.

Məhkəmə Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı Ədliyyə Nazirliyinə təqdimat hazırlayıb:

“Yanvarın 2-də verilən 680 saylı Sərəncam və Türkiyə vətəndaşlığı haqqında Qanunun 29-cu maddəsinə əsasən, Türkiyə Cəza Qanununun 302, 309, 310, 311, 312, 313, 314 və 315-ci maddələrində qeyd olunan hallar üzrə barəsində istintaq aparılan, ancaq xarici ölkədə olması səbəbindən əlaqə saxlanması mümkün olmayan vətəndaşlar bu vəziyyətin məhkəməyə məlum olmasından sonra bir ay ərzində vətəndaşlığın ləğvi məqsədi ilə məhkəməyə məlumat verilir.

Məhkəməmizdə yuxarıda göstərilən cinayətlər üzrə mühakiməsi davam edən müttəhim Fətullah Gülənin müdafiəsinin təmin edilməsi mükün olmadığından və barəsində həbs qərarı çıxarıldığı halda xaricdə olduğu dəqiqləşdiyindən, qeyd olunan Sərəncamdan irəli gələrək, bu barədə Ədliyyə Nazirliyinə təqdimat yazılıb”.

Yenicag.Az

www.yenicag.az

1395
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100