“FIBA” hərracda qalib gəlib

media-hightechnic-468x90

icann23r32r400Beynəlxalq Basketbol Federasiyası (FIBA) “basketball” domen adına hüquq qazanmaq üçün keçirilən hərracda qalib gəlib.

Federasiya ilə “Donuts” və “Famous Four” şirkətləri rəqabət aparıb. “FIBA”-nın rəsmi idman təşkilatı olmasına baxmayaraq o, “.basketball” zonasında qeydiyyat üçün ciddi məhdudiyyətlər qoymayıb. Təşkilatın tələbinə əsasən, bu zonada hamı domeni qeydiyyatdan keçirə bilər.

Xatırladaq ki, cari ilin yanvarında “FIBA” rəqiblərinin zonada oyun totalizatorlar saytlarının qeydiyyatına icazə verməsinə etiraz əlaməti olaraq onların müraciətinə qarşı iddia qaldırıb. Federasiya nümayəndələrinin fikrincə, bu, idmanın reputasiyasına xələl gətirəcək. O zaman “Internet Corporation for Assigned Names and Numbers” (ICANN – internetdə domen adların və zonaların verilməsini həyata keçirən qeyri-kommersiya təşkilatı) korporasiyasının komissiyası “FIBA”-nın şikayətini rədd edib.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600