Fikri İşık amerikalı həmkarı ilə görüşəcək

media-hightechnic-468x90

Türkiyənin müdafiə naziri Fikri İşık və ABŞ-ın müdafiə naziri Cim Mattisin gələn həftəyə görüşü planlaşdırılır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford açıqlamasında bildirib. O, ABŞ-ın terror təşkilatı PKK\YPG-yə verdiyi silahlarla bağlı daimi olaraq Türkiyəyə məlumat verildiyini söyləyib:

“Biz onlara qarşı (İŞİD-ə) əməliyyatlarımızı Türkiyə ilə əlaqələrimizi pozmadan tamamlamaq niyyətindəyik. Bu mövzuya həssas yanaşırıq. Atdığımız addımlar barədə davamlı olaraq hesabatlar hazırlayırıq. Verdiyimiz silahlar sadəcə Rakka əməliyyatlarında istifadə ediləcək və onların Türkiyəyə keçməməsi üçün müşahidə mexanizmləri yaradılıb. Bu məsələ bizim üçün olduqca vacib və stratejik məsələdir. Bunu başa düşürük.”

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa