Xalq artisti Flora Kərimova dəvət olunduğu verilişdə maraqlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, sənətkar övladları ilə bağlı maraqlı hadisədən danışıb:
“Hərdən zarafat edirdim. Deyirdim ki, notariusa gedib, sizdən imtina etmək barəsində ərizə verəcəm. Elə dedim, oğlum qorxdu. Qızıma zəng edib deyib ki, xəbərin var, ana bizdən imtina edəcək?
Oğlum dediklərimi ciddi qəbul edib və mənə də zəng etmişdi ki, ana, nə olub? Deyirəm heç nə. Gəlinim zəng edib deyir ki, sənin başın qaçıb.
Dedim ki, bax, Allaha and içirəm, işimi-gücü qoyub gələrəm, orada küçə süpürərəm, nəvələrimə baxaram, səndən də imtina edərəm”.
ARB TV-nin “Səhər-Səhər” verlişindən olan görüntüləri təqdim edirik.
Nehru
www.yenicag.az