Fransa dünya çempionu oldu – Yenicag.Az

Reklam

Reklam

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün final matçı baş tutub.

Yenicag.az xəbər verir ki, Moskvadanın “Lujniki” stadionunda Fransa və Xorvatiya milliləri üz-üzə gəliblər.

Xorvatiya bu oyunda tarixi nailiyyətə imza ata bilərdi. Əslində bu komanda həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib və bürünc medal qazandığı DÇ-1998-dəki nailiyyətini yaxşılaşdırıb. Lakin 20 il əvvəlki mundialın yarımfinalında məhz Fransaya 1:2 hesabı ilə uduzmuş Xorvatiyanın intiqam almaq şansı da var idi.

Fransa yığmasına gəlincə, Didye Deşam 20 il əvvəl kapitan kimi ilk dəfə dünya çempionu etdiyi komandasını indi baş məşqçi kimi mundialın qızıl medalına qovuşdurmağa yaxın idi. Buna nail olacağı təqdirdə, o, braziliyalı Mario Zaqallo və almaniyalı Frants Bekkenbauerdən sonra planetin üçüncü belə insanı olacaqdı.

Amma tarix Braziliya (5 dəfə), Almaniya (4 dəfə), İtaliya (4 dəfə), Uruqvay (2 dəfə), Argentina (2 dəfə) İngiltərə, Fransa və İspaniyadan sonra 9-cu ölkənin çempionluğuna şahidlik etmək istəyirdi. Altı qolluq qarşılaşmanın sonunda futbolsevərlərin bu arzusu gerçəkləşməyib. Fransa yığması 4:2 hesabıyla qalib gələrək tarixində ikinci dəfə dünya çempionu olub.

DÇ-2018
Final
15 iyul

Fransa – Xorvatiya 4:2
Qollar: Mario Mandzukiç, 18-öz qapısına. Antuan Qrizmann, 38-penalti. Pol Poqba, 59. Kilian Mbappe, 65 – İvan Perişiç, 28. Mario Mandzukiç, 69.
Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeynstra (hər ikisi Hollandiya).
Moskva, “Lujniki” stadionu.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3615
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.