Fransa prezidentinə qarşı sui-qəsd cəhdi - 6 həbs - VİDEO

media-hightechnic-468x90

Fransa Prezidenti Emmanuel Makrona qarşı sui-qəsd törətməyi planlaşdıran 6 nəfər tutulub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Fransanın Təhlükəsizlik üzrə Baş İdarəsi yayıb. Xüsusi əməliyyatlar İzer, İl-Vilen və Mozel departamentlərində keçirilib.

Sui-qəsdi radikal qüvvələrin tərəfdarlarının planlaşdırdığı ehtimal olunur. Paris prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bugünkü açıqlamasında Avropa Birliyi ordusu yaratmalıyıq sözlərini demişdi. O qeyd etmişdi ki, ABŞ, Rusiya və Çindən qorunmaq üçün Avropanın özünün kiber ordusu olmalıdır: “Əsl ümumavropa ordusu yaratmaq qərarına gəlməsək, avropalıları qoruya bilməyəcəyik. Özünü təkbaşına, ABŞ olmadan da qoruya bilən Avropaya sahib olmalıyıq”.

 

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa