Fransanın Xarici işlər naziri Jan-İv le Drian sabah Azərbaycana rəsmi səfər edəcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, fransalı nazirin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla, Maliyyə naziri Samir Şərifovla və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.
Səfər zamanı cari beynəlxalq məsələlər və Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunacaq:
J.İ.le Drian həmçinin 2016-cı ildə açılmış Fransa-Azərbaycan Universitetinə də baş çəkəcək.
Məlumatda bildirilir: “Azərbaycan hökuməti tərəfindən tikilmiş universitetin ərazisində nazir Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş Fransa arxivlərinin sərgisini açacaq”.
www.yenicag.az