Fransada 40 min etirazçı yenidən küçələrdə

media-hightechnic-468x90

Fransada “sarı jiletlər” hərəkatının keçirdiyi etiraz aksiyalarında 40,5 min insan iştirak edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.

Onun sözlərinə görə, etiraz aksiyaları zamanı ölkə ərazisində 233 nəfər saxlanılıb, 107 etirazçı cərimələnib: “Bütün sanksiyalaşdırılmış aksiyalar normla keçib”.

Qeyd edək ki, ötən gün Fransada “sarı jiletlər” hərəkatının sayca 19-cu aksiyası keçirilib. Ölkə ərazisində təhlükəsizliyi təmin etmək üçün 6 minə yaxın hüquq-mühafizə orqanı səfərbər edilib.

Fransada “sarı jiletlər” hərəkatının etiraz aksiyaları ötən il noyabrın 17-si başlayıb. Aksiya iştirakçıları yanacaq və benzinin qiymətinin qalxmasına qarşı çıxış edirlər./Trend/

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05