Fransada irqçi motivli HÜCUM: 1 nəfər ÖLDÜRÜLDÜ
Fransanın Var bölgəsində baş verən silahlı hücum nəticəsində bir Tunis vətəndaşı həlak olub, bir Türkiyə vətəndaşı isə yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Brüno Retayo məlumat yayıb.
Nazir sosial media hesabında paylaşdığı açıqlamada mayın 31-də Var bölgəsində bir şəxsin tunisli qonşusunu qətlə yetirdiyini, türkiyə vətəndaşına isə xəsarət yetirdiyini bildirib.
Hücumun irqçi motivli olub-olmaması ilə bağlı araşdırma davam etsə də, şübhəlinin hücumdan əvvəl və sonra sosial şəbəkələrdə paylaşdığı videoların məsələ ilə bağlı ciddi şübhələrə yol açdığı qeyd olunub.
Brüno Retayo hücumdan sonra Tunisin Parisdəki səfiri ilə görüşdüyünü, qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verdiyini və yaxın saatlarda tunisli həmkarı ilə də görüşəcəyini açıqlayıb.
Göycə Göycəyev