“Fransada keçirilən etiraz aksiyalarında 400-dən çox insan yaralanıb”.
Yenicag.az xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Kristof Kastaner bəyan edib.
Qeyd edək ki, yanacağın qiymətinin qalxmasına qarşı etiraz aksiyaları şənbə günü bütün ölkə ərazisində baş verib.
Etiraz aksiyaları çərçivəsində ölkənin cənub-şərqində yerləşən İzer departamentində 1 nəfər maşın təkərləri altında qalaraq həlak olub.
“Etirazlar çərçivəsində 409 adam yaralanıb. Onlardan 14-nün vəziyyəti ağırdır”, – deyə Kastaner bildirib.
www.yenicag.az