!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada neft-qaz hasilatı qadağan olunur – Dünyada ilk dəfə  

!Reklam – Yazi

Rəsmi Paris ölkə ərazisində neft və qaz hasilatını qadağan etməyə hazırlaşır.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, artıq hökumət 2040-cı il üçün
karbohidrogen istehsalından tamamilə imtina etməyi nəzərdə tutan müvafiq qanun layihəsini
hazırlayıb.

Qanun layihəsinin həmmüəllifi qismində kompleks ekoloji dəyişikliklər naziri Nikola Yulo özü
çıxış edib. Əgər belə bir qanun qəbul edilsə, o həm Fransanın materik hissəsində, həm də ölkənin
bütün dənizaşırı ərazilərində qüvvədə olacaq. Qanun layihəsində həmçinin qeyd olunur ki, qazma
üçün artıq mövcud olan icazə sənədlərinin müddəti uzadıla bilməz.

Qeyd edək ki, bu zaman qədər Fransada qazın yalnız layın hidroqırılma üsulu ilə hasil edilməsi
qanunla qadağan idi. Artıq ölkədə neft və qazın digər üsullarla hasil edilməsi də qadağan
olunacaq. Belə bir qanun dünyada ilk ola bilər. Sözügedən qadağa Fransa prezidenti Emmanuel
Makronun “yaşıl energetika”nın stimullaşdırılması, eləcə də iqlim üzrə Paris sazişi
çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair böyük planının bir
hissəsidir.

Lakin, bu addım effektiv tədbirdən daha çox simvolik jestdir. Belə ki, Fransada bu enerji
daşıyıcılarının istehsalı ölkə üzrə istehlakın sadəcə 1 faizini təşkil edir. Fransanın
ərazisində cəmi 63 ədəd neft və qaz quyusu var. Odur ki, rəsmi Paris neft və qazı əsasən, idxal
edir.

COP29

www.yenicag.az

1709
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv