Gələn il Fransada keçiriləcək prezident seçkilərinin vaxtı rəsmi olaraq elan edilib.
Yenicag.az xəbər verir ki, prezident seçkilərinin birinci turu gələn ilin aprelin 10-da, ikinci turu isə aprelin 24-də keçiriləcək.
Bildirilib ki, prezident seçkilərindən sonra iyunun 12 və 19-da ölkədə parlament seçkiləri keçiriləcək.
Bir çox siyasətçilər seçki tarixləri ilə bağlı tənqidi fikirlərini bildiriblər. Qeyd ediblər ki, seçki tarixləri tətil vaxtı ilə üst-üstə düşür və sağçı və ifrat sağçı partiyaların olduğu regionlarda seçici iştirakına mənfi təsir edəcək.
www.yenicag.az