Fransadan Fələstinə dəstək
Fransa parlamenti noyabrın 28-də hökuməti Fələstini müstəqil dövlət kimi tanımağa çağıran qətnamə qəbul edəcək.
Deputatlar sənədə səs verəcəklərini bildiriblər.
Hökumət buna əsaslanaraq, münaqişənin həllinə nail olmaq üçün Fələstin dövlətinin tanınmasında istifadə etmək istəyir.
Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Fransa “müəyyən anda aşkar şəkildə Fələstin dövlətini tanıyır”.
Xatırladaq, bu il oktyabrın 14-də Böyük Britaniya parlamenti hakimiyyəti Fələstini suveren dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. Qətnamənin qəbuluna 274 parlament üzvü lehinə, 12 deputat əlehinə səs verib. (anspress.com)