Fuad Ələsgərov,Zeynal Nağdəliyev və Natiq Əmirov Prezidentin köməkçiləri-şöbə müdirləri təyin edildi

media-hightechnic-468x90

Fuad Murtuz oğlu Ələsgərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.

Yenciag.az-ın məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilsin.

***

Prezident İlham Əliyev Zeynal Nağdəliyevin Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilsin.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa