Fuad Poladovun oğlu danışdı: “Heç bir vida mərasimi olmayacaq” – FOTOLAR

Bu dəqiqələrdə xalq artisti Fuad Poladovun yas mərasimi keçirilir.

Yenicag.az xəbər verir ki, vida mərasimində ictimaiyyət nümayəndələri də iştirak edirlər. Qonşuların, yaxınlarının dediyinə görə ailəsi çox hirslidir. Oğlu Ağarəhim Poladov “Vida mərasimin keçiriləcəkmi?”sualımıza əsəbi halda: “Heç bir vida mərasimi olmayacaq, birbaşa nəşi aparıb qəbirstanlığa dəfn edəcəyik, sizdən ricam heç bir foto çəkilməsin, xüsusilə də ailədən” cavabını verib. “Bəs teatrda niyə vida mərasimi olmadı?” sualına isə oğlu:“Biz belə məsləhət bildik” deyərək digər suallardan imtina edib.

Fuad Poladov üçün rəsmi vida mərasimi keçirilmədi sualını Azərbaycan Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov isə belə cavablandırıb: “Belə – belə sualları mənə ünvanlamayın, mənlik deyil, ailəsindən soruşun”.

Xatırladaq ki, vida mərasimi 14.00-dək davam edəcək.

Cəvahir

COP29