Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

G7, Tramp və alternativlər

Məlumdur ki, dünyanın gələcəyini hansısa ölkələr qruplaşmasına əmanət etməmək üçün geniş tərkibli sistemlərə ehtiyac var.

Yenicag.az xəbər verir ki, beynəlxalq münasibətlər arenası tez-tez əks qütblərin çəkişmə meydanına çevrilir. Lakin son dövrlərdə artıq eyni tərəfdə olanlar da maraqlarını uzlaşdırmaqda çətinlik çəkirlər. Bu baxımdan, G7 qrupunda yaranmış çatlara xüsusilə nəzər yetirilməlidir. Çünki artıq gərginlik o həddə çatıb ki, üzvlər bir-birini hədələyir, əksər hallarda da qərarlar razılaşdırılmır.

8-9 iyunda Kanadada keçirilən G7 zirvəsində (Kanada, ABŞ, İtaliya, Almaniya, Fransa, Böyük Britaniya və Yaponiya) ABŞ və digər ölkələr arasında bir sıra narazılıqlar müzakirə olundu. Bir çoxları ziddiyyətlərin sadəcə İranla imzalanan nüvə sazişindən imtina olduğunu düşünsə də, anlaşılmazlıqların kökü daha dərindədir. ABŞ ticarət sahəsində müttəfiqlərini tez-tez məyus edir, İsrail-Fələstin münaqişəsini qızışdırır və hətta müttəfiqlərinə əlavə gömrük rüsumu tətbiq edir. Trampın “ərköyünlüyü” ABŞ-ın oyundan uzaqlaşdırılması ehtimalını qüvvətləndirir.

Zirvə görüşündə G7 liderlərindən ən sərt etirazı isə Fransa prezidenti Emmanuel Makron səsləndirdi. O, açıqca bildirdi ki, bundan sonra G6 olaraq yollarına davam edə bilərlər.

Bəs dünyanın ən güclü iqtisadiyyata malik olan “Böyük yeddiliy”ini əvəz edə biləcək qüvvə varmı?

Son dövrlərdə G7-yə alternativ ola biləcək E7 (Çin, Hindistan, Rusiya, Braziliya, İndoneziya, Meksika və Türkiyə)iqtisadi sahədə böyük uğurlar əldə edir. İqtisadçılar belə proqnozlaşdırır ki, E7-nin inkişafı bu templə davam edərsə, artıq 2030-cu ildə G7-ni olduqca geridə qoyacaq.

Həmçinin E7 blokunun üzvləri arasındakı münasibətlər bir çox sahədə güclü tellər üzərində qurulub. G7 isə indidən kövrəkləşməyə başlayıb.

Aytək Yusifsoy

www.yenicag.az

4793
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100