“Gedir balalarının ruzisini kəsir, ehsan verir”

media-hightechnic-468x90

5012260984e34762e33a28af30a17972“Azərbaycanda heç kim ehsanın əleyhinə deyil”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, müqəddəs Quranda bir neçə yerdə ehsan sözü qeyd edilir: “Lakin bəzi insanlar bunu düzgün anlamır. Xalqımızın mentalitetində belə bir şey var. Deyirlər ki, nə üçün o ehsan verir, mən verə bilmirəm? Gedir balalarının ruzisini kəsir, ehsan verir. O, Allah üçün ehsan vermir, şeytan üçün verir. Allah buyurur ki, varındırsa, ehsan ver, yoxundursa, vermə”.

Şeyx onu da deyib ki, yas məclislərində ehsan həddində olmalı və israfçılığa yol verilməməlidir. “İslamda bir insanın doyması üçün bəs edəcək qədərdən artıq ehsan verilməsi israf hesab edilir”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600