“Gələcəkdə ikinci peyki orbitə çıxarmaq, …”
“Bu gün neft qiymətlərinin aşağı düşməsi investorlar arasında təşviş yaradıb. Neftdən sonra bizi nə gözləyir sualı üçün bura yığışmışıq”.
Bunu Azərbaycan İnvestisiya sammitində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.
Onun sözlərinə görə, 8-10 ildən sonra ixrac potensialımızı neft asılılığından azaltmaq niyyətindəyik: “Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, neftin qiymətinin aşağı düşməsi Azərbaycanı sarsıtmır. Bunu etmək üçün biz bütün qüvvələrimizi sərf edirik. Bir çox ərəb ölkələrini götürsək ümumi daxili məhsulu Almaniya ilə eynidir. Amma ərəb ölkələrinin gəliri 92-95 faizi neftdən asılıdır”.
Nazir qeyd edib ki, internetin istifadəsinə görə Azərbaycan MDB ölkələri arasında liderdir: “Asiya ölkələri arasında isə lider ölkələrdən sayılır. Bizim əsas məqsədimiz telekommunikasiya sahəsində ən yeni texnologiyaların tətbiqidir. Bizim gələcəkdə məqsədimiz odur ki, əhalinin 85%-i yüksək sürətli internetdən istifadə edə bilsin. Bunu 2018-ci ilə kimi həll etməliyik. Bütün dünya neftdən asılılığını ləğv etməyə çalışır. Gələcəkdə ikinci peyki orbitə çıxarmaq məqsədlərimiz arasındadır. Azərbaycan 2012-ci ildə 41 mln. dollar İKT sahəsində mal istehsal edib”.
Əli Abbasov vurğulayıb ki, bilik potensialının olmaması bizim texnoloji inkişaf üçün problem ola bilər. Yaxşı texnoloji potensial olsa Azərbaycanda mühəndislik potensialı inkişaf edə bilər. Azərbaycanın bazarı kiçik bazardır. Bu da xarici investorları cəlb etmək və Azərbaycanda ixrac olunan malların istehsalına müəyyən çətinliklər yaradır. Biz nazirlik olaraq bu problemin üstündə işləyirik. Bizim ölkədə lokal kompaniyalar üçün ən böyük problem ucuz maliyyələrə çıxışlardır. 57 müsəlman ölkəsinin elmə yatırdığı xərclər təkcə ABŞ-ın yatırdığı xərclərdən 7 dəfə aşağıdır”(azadinform).