2023-cü ilin dövlət büdcəsi layihəsinə ikinci oxunuşda dəyişikliklər təklif edilir.
Yenicag.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 22-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin 31,1 mln manat azaldılması, Naxçıvan Muxtar Respublikasının öz büdcəsinin gəlirlərinin 20 mln manat artırılması, əlavə olaraq 11,1 mln. manat Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin saxlanmasına, 4,1 mln. manat Milli Məclisin saxlanılmasına, 15,9 mln. manat Azərbaycanın İsrail, Albaniya, Keniya və Fələstindəki diplomatik təmsilçiliyinin zəruri xərclərinə ayrılması və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində xərclərinin qarşılanması üçün nəzərə alınması tövsiyə olunur.
Nazir müavini qeyd edib ki, dəyişikliklər büdcə qaydalarına uyğundur.
www.yenicag.az