Gələn ilki “iPhone”lar barəsində yeni MƏLUMATLAR

“Apple” şirkəti gələn il 5G dəstəkli 3 “iPhone” modelini təqdim edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Nikkei Asian məlumat verib. Məlumatda qeyd olunub ki, gələn il təqdim olunacaq “iPhone” modelləri 5.4 düym, 6.1 düym və 6.7 düym ölçülü ekranlara və “Qualcomm X55” adlı sürətli 5G modemə sahib olacaqlar. “Qualcomm”un verdiyi məlumata əsasən X55 adlı 5G modemin pik download sürəti saniyədə 7 Gbit, upload sürəti isə saniyədə 3 Gbit təşkil edir.

Lakin faktiki olaraq şəbəkə sürəti mobil oepratordan asılı olacaq. İlk öncə Apple şirkəti 2020-ci il “iPhone” modellərində “Intel” şirkətinin 5G modemlərindən istifadə etməyi planlaşdırırdı. Lakin şirkət hələ smartfonlar üçün 5G modem istehsalı ilə məşğul deyil. Bundan əlavə olaraq verilmiş yeni hesabat onu təsdiqləyir ki, “Apple” şirkəti gələn il öz smartfon modellərində 5 nanometrlik texnoloji prosses əsasında hazırlanacaq A14 prosessorundan istifadə edəcək.